COP29

“Barselona”dan məlumat istədi – 19 yaşlı müdafiəçi ilə bağlı

8 İyun 12:00 İspaniya 2 037
“Barselona”dan məlumat istədi – 19 yaşlı müdafiəçi ilə bağlı

“Barselona”nın müdafiəçisi Mikail Faye komandadan ayrılmağı düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı seneqallı futbolçu ötən mövsüm əsas komandada bir dəfə də olsun fürsət tapmadığı üçün çox üzülüb.

Fayenin xidmətində “Arsenal”, “Mançester Yunayted”, “İnter” və “Bayern”in maraqlı olduğu bildirilir.

Yeri gəlmişkən, “Arsenal” artıq Faye ilə bağlı “Barselona”dan məlumat istəyib.

Müdafiəçinin “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?