Azərbaycanlı müdafiəçi Türkiyə klubu ilə müqavilə imzaladı – SON DƏQİQƏ

11 Yanvar 2024 09:00 Turan 3 921
Azərbaycanlı müdafiəçi Türkiyə klubu ilə müqavilə imzaladı – SON DƏQİQƏ

Daha bir azərbaycanlı futbolçu ilk dəfə legoner həyatı yaşayacaq.

Bu mövsümdən «Turan Tovuz»un formasını geyinən Sertan Taşkın Türkiyə klubu ilə anlaşıb.

Müdafiəçi «Manisa»dan gələn dəvəti qəbul edib. 1997-ci il təvəllüdlü sol cinah oyunçusu I Liqa təmsilçisi ilə 1,5 illik müqaviləyə imza atıb.

Gənclər yığmasının sabiq üzvü hazırdaı Antalyada təlim-məşq toplanışı keçən «Turan»ın düşərgəsini tərk edərək, Manisaya üz tutub.

Beləcə, Türkiyənin birinci liqasında çıxış edən həmyerlilərimizin sayı 4-ə çatıb.

Coşqun Diniyev (Ümraniyespor») və Bəxtiyar Həsənəlizadə («Tuzlaspor») ötən ilin yayında qardaş ölkənin yolunu tutubsa, Vüsal İsgəndərli günlər öncə «Eqnatiya»nı (Albaniya) «Boluspor»a dəyişib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"