“Mən bunu təsəvvür edə bilmirəm - Onun belə bir təklifi qəbul edəcəyini düşünmürəm”

28 Aprel 00:10 İspaniya 457
“Mən bunu təsəvvür edə bilmirəm - Onun belə bir təklifi qəbul edəcəyini düşünmürəm”

“Liverpul”un keçmiş futbolçusu Markus Babbel İngiltərə klubunun sabiq baş məşqçisi Yurgen Kloppun “Real”ı çalışdıracağına inanmır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Kloppu “Real”da təsəvvür edə bilmirəm. Onun belə bir təklifi qəbul edəcəyini düşünmürəm. Hətta Karlo Ançelotti ilə yolları ayırıb Kloppla danışıqlara başlasalar belə.

O, təzyiqlərdən yorulduğu üçün məşqçilikdən ayrılıb. “Real”da isə bu, “Liverpul”dan da güclüdür”.

Almaniyalı mütəxəssis 2024-cü ilin yayında “Liverpul”dan ayrılıb.

“Real” artıq bu mövsüm Çempionlar Liqasından kənarlaşdırılıb. Madrid klubu İspaniya çempionatında və ölkə kubokunda mübarizəni davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!