“Real”ın sabiq futbolçusu və çalışdırıcısı Xorxe Valdano Joze Mourinyonun komandanın baş məşqçi postuna qayıdışından sonra ilk məğlubiyyəti barədə fikirlərini bölüşüb.
Madrid təmsilçisi La Liqanın 4-cü turunda “Betis”ə 0:1 hesabı ilə uduzub.
Sportinfo.az “Movistar Plus Deportes”-ə istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu, bunun heç də vaxtında baş vermədiyini bildirib:
“Bu, heç də vaxtında baş vermədi. Hər oyunda daha da güclənirmiş kimi görünən Madrid klubunun sevincini yarımçıq qoydu.
Bu, bütün futbolçuların hazır olduğu, baş məşqçinin isə bütün heyətdən istifadə edə bildiyi ilk oyun idi və nəticə ağır zərbə oldu.
Məncə, bu, texniki baxımdan çox istedadlı komandadır. Onlar çoxlu qol vururlar və məhz bu, “Betis”də çatışmayan cəhət idi.
Mən bu matçı sözün əsl mənasında fövqəladə hesab edirəm. Bu, qeyri-adi, normadan kənar nəticədir”.
La Liqanın 4 turundan sonra hesabında 9 xal olan “Real” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
