22 yaşlı hücumçu 9 qol vurdu, top-klubların diqqətini çəkdi

18:40 Dünya futbolu 110
22 yaşlı hücumçu 9 qol vurdu, top-klubların diqqətini çəkdi

“Brügge”nin hücumçusu Nikolo Tresoldi Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

İngiltərə Premyer Liqasının bir neçə klubu 22 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Onların arasında “Arsenal”, “Mançester Siti”, “Tottenhem”, “Mançester Yunayted” və “Çelsi” də var.

Belçika təmsilçisinin hücumçusuna 40 milyon avrodan çox qiymət qoyduğu bildirilir. Bununla belə, “Brügge” mövsümün sonuna qədər Tresoldini satmağı planlaşdırmır.

Almaniyalı forvard cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 13 oyunda meydana çıxıb və 9 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti