“İnter Mayami”nin hücumçusu Lionel Messi səhvlərlə necə davranmaq lazım olduğu barədə fikirlərini bölüşüb.
Sportinfo.az “Diario AS” nəşrinə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Növbəti addım haqqında düşünməli, diqqətinizi cəmləməli və heç vaxt baş vermiş hadisələrin üzərində ilişib qalmamalısız. Qarşıda duran məsələlərə fokuslanmaq lazımdır”.
Messi bu mövsüm “İnter Mayami”nin heyətində 32 oyuna çıxıb, 29 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun ABŞ klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.
