FİFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis sabah başlayacaq 15 yaşadək futbolçular arasında Dünya Çempionatı və Festivalı üçün Azərbaycana səfər edib.
Tarixdə ilk dəfə keçiriləcək yarışın oyunları oktyabrın 24-də start götürəcək və 30-dək davam edəcək.
