AFFA xəbəri yaydı: Hövsan dünya çempionatına tam hazırdır - FOTOLAR

AFFA xəbəri yaydı: Hövsan dünya çempionatına tam hazırdır - FOTOLAR

Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatı və festivalına tam hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir.

Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə 4000-ə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılır.

Çempionat çərçivəsində 1000-ə yaxın oyun təşkil olunacaq. Qarşılaşmaların əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb.

Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb.

U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşləri Bakı Kristal Zalında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti