“Barselona” İspaniya çempionatında rəqiblərini darmadağın etməkdə davam edir.
Bu dəfə Kataloniya klubu səfərdə “Valensiya”nı 5:0 hesabı ilə məğlub edib.
“Barselona” La Liqada ardıcıl ikinci səfər oyununda rəqib qapısından beş top keçirib. Bundan əvvəl Kataloniya təmsilçisi səfərdə “Elçe”ni də 5:0 hesabı ilə məğlub etmişdi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” İspaniya çempionatında ardıcıl iki səfər matçında beş qol vurmağı sonuncu dəfə 10 il əvvəl bacarıb.
2016-cı ilin sentyabrında keçmiş baş məşqçi Luis Enrikenin komandası əvvəlcə “Leqanes”i, daha sonra Xixon “Sportinq”ini eyni – 5:0 hesabı ilə məğlub etmişdi.
Beləliklə, “Barselona” düz 10 ildən sonra La Liqada ardıcıl iki səfər matçında beş qol vurmaqla həmin göstəricini təkrarlayıb.
Kataloniya təmsilçisi “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir. Komanda noyabrın 25-də Azərbaycan çempionunun qonağı olacaq.
