Premyer Liqanın 3 klubunun hədəfindədir - İspaniyalı vinger

16:55 İspaniya 89
Premyer Liqanın 3 klubunun hədəfindədir - İspaniyalı vinger

“Atletiko”nun vingeri Aleks Baena İngiltərə Premyer Liqasının top-klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Mançester Siti”, “Nyukasl” və “Aston Villa” maraqlanır.

Bununla belə, Madrid klubu Baenanı satmaq niyyətində deyil. Bu səbəbdən ispaniyalı futbolçunun qış transfer dövründə komandadan ayrılması olduqca çətin hesab olunur.

Adıçəkilən klublar ən azı transferlə bağlı vəziyyəti öyrənməyə çalışacaqlar. Tərəflər arasında danışıqların yanvarda başlaması, keçidin isə gələn ilin yayında reallaşması istisna edilmir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO