“Real”dan 80 milyon avroluq imza bonusu tələb edir - Braziliyalı ulduz

30 İyul 22:20 İspaniya 279
“Real”dan 80 milyon avroluq imza bonusu tələb edir - Braziliyalı ulduz

“Real”ın hücumçusu Vinisius Juniorun gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni müqavilə imzalamaq üçün klubdan 80 milyon avro məbləğində imza bonusu tələb edib.

Bundan əlavə, Vinisius özünün imic hüquqlarının 80 faizinə sahib olmaq istəyir. Hazırda isə bu hüquqların 50 faizi futbolçuya məxsusdur.

Vinisius 2018-ci ildə 45 milyon avro qarşılığında Braziliyanın “Flamenqo” klubundan “Real”a transfer olunub. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.

25 yaşlı hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 53 oyunda 22 qol vurub, 14 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 140 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!