“Ondan şübhələnməyə ehtiyac yoxdur, gələcəkdə bizə çox kömək edəcək”

11 Noyabr 2024 00:00 İspaniya 576
“Ondan şübhələnməyə ehtiyac yoxdur, gələcəkdə bizə çox kömək edəcək”

“Real”ın yarımmüdafiəçisi Luka Modriç son zamanlar çox tənqid olunan komanda yoldaşı Kilian Mbappeni dəstəkləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mbappenin gələcəkdə komandaya böyük dəstək olacağını söyləyib:

“Mbappedən şübhələnməyə ehtiyac yoxdur. Əminəm ki, o, gələcəkdə bizə çox kömək edəcək.

O, hamıya göstərəcək ki, niyə dünyanın ən yaxşı oyunçularından biri olub və belə də qalır”.

Ötən həftə mediada klubun fransalı futbolçudan narazı olduğu ilə bağlı şayiələr yayılıb.

25 yaşlı futbolçu bu mövsüm Madrid klubunda 16 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı