COP29

11 ildir formasını geyindiyi klubda qalmaq üçün maaşının azaldılmasına razıdır

15 May 12:00 İspaniya 950
11 ildir formasını geyindiyi klubda qalmaq üçün maaşının azaldılmasına razıdır

“Real”ın yarımmüdafiəçisi Luka Modriç “kral klubu”nda qalmaq üçün fədakarlıq etməyə hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu maaşının azaldılmasına razıdır.

Modriç “Real” rəhbərliyindən gələcək təklifi sona qədər gözləmək niyyətindədir. O, karyerasını 11 ildir oynadığı “kral klubu”nda bitirmək arzusundadır.

Daha əvvəl bildirilmişdi ki, 38 yaşlı Modriç gələcəkdə bu mövsümlə müqayisədə daha çox oyun praktikası əldə etmək istəyir.

Modriç cari mövsümdə İspaniya çempionatında 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"