"Heç bir oyunçu Messinin “Barselona”dakı səviyyəsinə çata bilməz"

14 Sentyabr 2023 22:00 İspaniya 591
"Heç bir oyunçu Messinin “Barselona”dakı səviyyəsinə çata bilməz"

“Real”ın sabiq yarımmüdafiəçisi Quti Lamin Yamalın “Barselona”da debütünün Lionel Messinin debütü ilə müqayisə olunmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun keçmiş üzvü bu müqayisənin düzgün olmadığını bildirib:

“Mənə görə Yamalla Messini müqayisə etmək yersizdir. Yamal çox yaxşıdır, amma heç bir oyunçu Messinin “Barselona”dakı səviyyəsinə çata bilməz”.

16 yaşlı Yamal “Barselona”nın məzunudur. O, 2023/24 mövsümündə 4 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq