COP29

Pedri “El-Klasiko”nu buraxacaq - “Barselona”da şok itki

18 Mart 2023 10:00 İspaniya 305
Pedri “El-Klasiko”nu buraxacaq - “Barselona”da şok itki

“Barselona” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu yarımmüdafiəçisi Pedrinin xidmətindən məhrum olub.

Gənc oyunçu komandanın bugünkü məşqini yarımçıq tərk edib. O, hazırlıq prosesində özünü pis hiss edib.

Zədədən yeni sağalan 20 yaşlı yarımmüdafiəçinin La Liqanın XXVI turunda “Real”la ev matçını buraxacağı bildirilir.

Pedri İspaniya millisi ilə AVRO-2024-ün seçmə mərhələsinin mart ayındakı görüşlərinə də çıxa bilməyəcək.

Martın 20-də oynanılacaq “El-Klasiko” Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!