“Barsa” rəhbərliyinin ona olan münasibətini bəyənmir - Alba narazıdır

25 Sentyabr 2022 18:40 İspaniya 358
“Barsa” rəhbərliyinin ona olan münasibətini bəyənmir - Alba narazıdır

“Barselona”nın müdafiəçisi Jordi Alba komandadakı mövqeyindən narazıdır.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu komandanın əsas heyətinə düşməyə çətinlik çəksə də, təslim olmaq fikrində deyil.

Alba motivasiyalıdır və Kataloniya komandasının əsas heyətinə qayıtmaq istəyir.

Müdafiəçi müqaviləsinin sonuna qədər “Barsa”da qalmaq niyyətindədir. Eyni zamanda, Alba “Barsa” rəhbərliyinin ona olan münasibətini bəyənmir.

O hesab edir ki, kluba lazım olanda maaşının azaldılmasına razı olsa da, indi bunun qarşılığını görmür.

Albanın klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm o, bütün turnirlərdə 4 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!