
Baş məşqçi Saşa İliçin gəlişindən sonra transfer fəaliyyətini gücləndirən “Sumqayıt”ın maraqlandığı legionerlərdən birinin adı məlum olub.
Sportinfo.az xəbər verir ki, “kimyaçılar” serbiyalı hücumçu Oqnen Ojeqoviçlə danışıq aparır.
31 yaşlı forvard hazırda Rusiyada - “Pari Nijnı Novqorod”da çıxış edir.
Saşa İliç bu komandada işləyərkən onun ən çox güvəndiyi futbolçulardan olan Ojeqoviçi “Sumqayıt”a gətirmək istəyir. Hazırda serbiyalının özü və klubu ilə danışıqlar davam edir.
Oqnen Ojeqoviç 2024/25 mövsümünün ilk yarısında “Pari Nijnı Novqorod”un heyətində Rusiya Premyer Liqasında 16 oyunda 2 qol və 1 məhsuldar ötürməylə yadda qalıb.
O, ötən mövsümün ikinci yarısında “Sakaryaspor” formasıyla Türkiyə 1-ci Liqasında 10 matçda 6 qol vurub.