Falkao “Qalatasaray”dan getdi, forma satışı ilə diqqət çəkdi

26 Sentyabr 2021 00:28 İspaniya 544
Falkao “Qalatasaray”dan getdi, forma satışı ilə diqqət çəkdi

"Qalatasaray"dan "Rayo Valyekano"ya keçən Radamel Falkao yeni klubuna forma satışı ilə fayda verir.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı hücumçunun 1 həftə ərzində forması rekord şəkildə satılıb.

Klub tarixində ilk dəfə bu hal yaşanıb. Fan-şopda formanın biri 80 avro təşkil edir.

Madrid təmsilçisinin prezidenti Raul Martis 35 yaşlı oyunçudan meydanda daha çox gözləntilərinin olduğunu deyib.

Falkao La Liqa klubunda keçirdiyi 2 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM