“Atletiko” Argentina millisinin üzvü üçün 35 milyon avro ödəyəcək

17 İyun 2021 12:00 İspaniya 431
“Atletiko” Argentina millisinin üzvü üçün 35 milyon avro ödəyəcək

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi “Udineze”dən yarımmüdafiəçi Rodriqo De Paulu transfer etməyə yaxındır.

“Atletiko” argentinalı futbolçu və klubu ilə razılığa gəlib. Madrid klubu Rodriqo üçün “Udineze”yə 35 milyon avro ödəyəcək.

Hazırda Argentina yığmasının düşərgəsində olan 27 yaşlı futbolçu yaxın zamanda yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.

Digər Xəbərlər
Xəbər Lenti