"Barselona"nın baş məşqçi postuna 3 namizəd var

18 May 2021 12:00 İspaniya 1 641
"Barselona"nın baş məşqçi postuna 3 namizəd var

"Barselona" mövsümün sonunda baş məşqçi Ronald Kumanı vəzifəsindən kənarlaşdırmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, bu barədə RAC1 bildirib.

Məlumata görə, belə qərar "Barselona"nın La Liqanın XXXVII turunda evdə "Selta"ya 1:2 hesabı ilə məğlubiyyətindən sonra qəbul edilib.

Bu matçda uduzan "Barselona" çempionluq şansını itirib. Komanda 76 xal yığaraq, La Liqanın yarış cədvəlində üçüncü yeri tutur.

Məlumata görə, Kumanın yalnız komandanın ona layiqli əvəzetmə tapa bilməyəcəyi təqdirdə baş məşqçi postundə qalmaq şansı var.

"Barselona" Kumandan ayrılacağı halda üç nəfərin - Xavi Qarsiyanın, Xavinin və Erik ten Haqın namizədliyini nəzərdən keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!