Messi qırmızı vərəqə aldı, “Atletik” 3-cü dəfə Superkuboku qazandı - VİDEO

18 Yanvar 2021 02:52 İspaniya 1 865
Messi qırmızı vərəqə aldı, “Atletik” 3-cü dəfə Superkuboku qazandı - VİDEO

İspaniya Superkubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, həlledici qarşılaşma “Barselona” ilə “Atletik” arasında keçirilib.

Yarımfinalda müvafiq olaraq “Real Sosyedad” və “Real”ı mübarizədən kənarlaşdıran komandaların final dueli Sevilyada baş tutub. Maraqlıdır ki, bu günə qədər 3 dəfə Superkubokda meydana çıxan “Atletik” bunun hamısında “Barselona” ilə qarşılaşıb.

1983 və 2009-cu illərdə məğlub olan bilbaolular 2015-ci ildə titula sahib çıxıb. Komanda 1984-cü ildə isə qızıl dubl etdiyi üçün avtomatik Superkuboka layiq görülüb.

Turnirin ən çox iştirakçısı olan “Barselona” isə 13 titulla rekordçu idi. 10 dəfə həlledici görüşdə yenilən kataloniyalılar ötən mövsüm də yarımfinalda uduzmuşdu.

“Barselona” yarımfinalda olduğu kimi, bu dəfə də 120 dəqiqə mübarizə aparmalı olub. Çünki matçın əsas vaxtında tərəflər hərəyə iki dəfə fərqləniblər.

Villiamsın 95-ci dəqiqədə vurduğu qol isə “Atletik”ə tarixində 3-cü dəfə Superkuboku qazandırıb. Kataloniyalıların heyətində kapitan Lionel Messi 120+1-ci dəqiqədə qırmızı vərəqə alıb.

“Barselona” – “Atletik” 2:3
Qrizmann, 40, 77 – de Markos, 42, Vilyalibre, 90, Villiams, 94

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"