“Qarabağ”ın rəqibinin baş məşqçisini təriflədi - MÜLLER

4 Noyabr 2023 19:00 Almaniya 1 420
“Qarabağ”ın rəqibinin baş məşqçisini təriflədi - MÜLLER

“Bayern”in yarımmüdafiəçisi Tomas Müller “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Müller Alonsonun ünvanına tərif yağdırıb:

“Bayer”i və xüsusən də, köhnə həmkarım Xabi Alonsonu tərifləmək istəyirəm. Onun komandası təkcə uğurlu deyil, həm də cəlbedici futbol oynayır.

Xabinin uğurlu məşqçi potensialına malik olması onun futbolçu karyerası zamanı da özünü büruzə verirdi. O, çox yaxşı ünsiyyətcil, strateq və eyni zamanda ehtiraslı futbolçu idi.

Amma onu dünya səviyyəli oyunçu edən soyuqqanlılığı idi. Bir tərəfdən “Bayer”də futbol sevinci, digər tərəfdən isə taktiki intizam olduğunu görürəm”.

Bundesliqanın 9 turundan sonra Alonsonun komandası 25 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

“Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti