Premyer Liqanı hansı komandanın tərk edəcəyini bilmiriksə...

16 Mart 2020 13:45 İngiltərə 617
Premyer Liqanı hansı komandanın tərk edəcəyini bilmiriksə...

İngiltərə yığmasının sabiq futbolçusu Alan Şirer koronavirusa görə Premyer Liqada yaranan durumla bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Şirer çempionat tam dayandırılacağı təqdirdə “Liverpul”un çempion elan edilməsinin əleyhinə olduğunu deyib.

O, mövsümün nəticələrinin ləğv edilməsini təklif edib: “Əgər mövsüm başa çatmayacaqsa, onda qalibi elan etmək olmaz. Ola bilsin ki, bu, bəzi klublar üçün bir qədər sərt görünsün. Amma bu addım yeganə çıxış yoludur.

Bir halda ki, çempion kim olacağını, Premyer Liqanı hansı komandanın tərk edəcəyini bilmiriksə... Bəli, bu, “Liverpul” üçün qəddar bir qərar olardı. Amma başqa bir vicdanlı qərar görürsünüz?

Düzdür, çempion olmaq üçün onlara sadəcə, 6 xal lazımdır. Amma bu 6 xalı qazanmaq da vacibdir. Mənim fikrimcə, çempionatı davam etdirmək mümkün olmasa, mövsüm ləğv edilməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar