Baş məşqçi seçimi məsələsində tələsmir - “Mançester Yunayted”

01:40 İngiltərə 42
Baş məşqçi seçimi məsələsində tələsmir - “Mançester Yunayted”

“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Maykl Karriki kimin əvəz edəcəyi ilə bağlı hələ də yekun qərar verməyib.

Daha əvvəl “qırmızı şeytanlar”ın baş məşqçi postuna əsas namizədin “Nyukasl”ın sabiq çalışdırıcısı Eddi Hou olduğu bildirilmişdi.

Sportinfo.az “The Independent”-ə istinadən xəbər verir ki, klub rəhbərliyində onun namizədliyini dəstəkləməyənlər var.

Digər namizədlər – Yulian Naqelsmann və Fabian Hürzelerlə bağlı da rəhbərlik arasında fikir ayrılığı mövcuddur.

Bundan başqa, UEFA Çempionlar Liqasında “Roma” üzərində qazanılan qələbənin (3:2) Karriklə bağlı təzyiqi bir qədər azaltdığı vurğulanır. Bu səbəbdən, klub rəhbərliyi baş məşqçi dəyişikliyinə tələsmir.

“Mançester Yunayted” 9 turdan sonra 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə