Hücum xəttinə 3 namizədi var - Premyer Liqanın adlı-sanlı iştirakçısının

00:20 İngiltərə 59
Hücum xəttinə 3 namizədi var - Premyer Liqanın adlı-sanlı iştirakçısının

“Mançester Yunayted” qış transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportinfo.az “Football365.com”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında çıxış təcrübəsi olan hücumçu transfer etmək niyyətindədirlər.

Klubun diqqət mərkəzində üç futbolçu var. Bunlar “Lids”in hücumçusu Dominik Kalvert-Luin,

“Kristal Pelas”ın forvardı Jan-Filipp Mateta və hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən, əvvəllər “Brentford”un formasını geyinmiş İvan Tonidir.

“Mançester Yunayted” Premyer Liqanın cari mövsümündə 9 turdan sonra 7 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!