
“Tottenhem”in hazırkı baş məşqçisi Angelos Postekoqlu üçün mümkün əvəzləyici axtarışları davam edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, londonluların əsas namizədlərindən biri Roberto De Zerbidir.
Klub rəhbərliyi uzun müddətdir ki, De Zerbinin fəaliyyətini diqqətlə izləyir və onu komandanın “sükanı arxasında” görmək arzusundadır.
İtaliyalı mütəxəssis isə karyerasını “Marsel”də davam etdirməyə daha çox meyllidir. O, növbəti mövsümdə Çempionlar Liqasında iştirak etmək istəyir və bu məqsədlə Fransa klubunda qalmağı daha uyğun seçim hesab edir.
Bununla belə, tərəflər arasında danışıqların bərpa olunması ehtimalı qalır, xüsusilə, vəziyyət dəyişərsə.
“Tottenhem”in qısa namizədlər siyahısında “Fulhem”in baş məşqçisi Marko Silva da ön sıradadır. Portuqaliyalı çalışdırıcı London klubunun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.