“Hər gün əlindən gələni etməyən bir oyunçudansa…” - Baş məşqçidən xoş olmayan sözlər

28 Yanvar 12:00 İngiltərə 599
“Hər gün əlindən gələni etməyən bir oyunçudansa…” - Baş məşqçidən xoş olmayan sözlər

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Markus Reşfordla bağlı suala cavab verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçu haqda bunu deyib:

“Hər gün əlindən gələni etməyən bir oyunçudansa, qapıçılar üzrə məşqçiyə üstünlük verərdim. Mən bu baxımdan dəyişməyəcəm”.

27 yaşlı forvard bazar günü Premyer Liqada “Fulhem”lə oyunda (1:0) “qırmızı şeytanlar”ın heyətindən kənarda qalıb.

Reşford dekabrın ortalarından bəri oynamır. Görünür, o, qış transfer pəncərəsi bağlanana qədər klubu tərk edəcək.

Daha əvvəl “Barselona”nın Reşfordla maraqlandığı barədə şayiələr yayılsa da, Kataloniya klubu maliyyə məhdudiyyətləri səbəbindən keçidi tamamlamaqda çətinlik çəkəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”