“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubla müqaviləsini uzada bilər.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, tərəflər yeni sözləşməni müzakirə edirlər.
İspaniyalı mütəxəssis müqaviləsini bir mövsüm uzada bilər.
Qvardiola ilə “Mançester Siti” arasında hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.
O, 2016-cı ildən “şəhərlilər”i çalışdırır. “Mançester Siti” onun rəhbərliyi altında İngiltərə çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.
Qvardiolanın komandası Premyer Liqanın cari mövsümünün 7 turundan sonra 17 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.