Portuqaliya millisinin vingerini Premyer Liqa klubuna satırlar

11 Avqust 2024 01:30 İngiltərə 546
Portuqaliya millisinin vingerini Premyer Liqa klubuna satırlar

"Liverpul"un futbolçusu Fabio Karvalyo İngiltərədə klubunu dəyişəcək.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı vinger "Brentford"a keçir.

Bu barədə "A Bola" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi 21 yaşlı ön xətt oyunçusu üçün "Liverpul"a 20 milyon funt-sterlinq təzminat ödəyəcək.

Gənc futbolçu tibbi müayinədən keçdikdən sonra "Brentford"la müqavilə imzalayacaq.

"Liverpul" Fabio Karvalyonu 2022-ci iılin yayında "Fulhme"dən transfer edib. Portuqaliya U-21 millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Hall Siti"də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi