“Nəvaxtsa görüşəcəm, onun kimi olmağın yollarını özündən öyrənəcəm"

24 Fevral 22:00 İngiltərə 661
“Nəvaxtsa görüşəcəm, onun kimi olmağın yollarını özündən öyrənəcəm"

"Çelsi"nin hücumçusu Nikolas Cekson klubun sabiq forvardı Didye Droqba ilə görüşmək arzusunda olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, "talkSPORT”a danışan 25 yaşlı futbolçunun dediyinə görə, "zadəganlar"ın keçmiş hücumçusu ilə indiyə qədər üz-üzə gəlmək imkanı olmayıb:

"Bu, heyrətamiz olardı. Çünki Didye Droqba əfsanədir və mən onu uşaqlıqdan izləyirəm.

Amma biz heç vaxt Didye ilə əlaqə saxlamamışıq. Ona görə ki, o, Fil Dişi Sahilindən, mən isə Seneqaldanam.

Demba Ba ilə danışırdım, çünki o, "Çelsi"də oynayıb və seneqallıdır.

Amma Didye ilə heç əlaqəmiz olmayıb. Ümid edirəm ki, nəvaxtsa onunla görüşəcəm və onun kimi olmağın yollarını özündən öyrənəcəm".

Bu mövsüm 22 yaşlı seneqallı hücumçu bütün turnirlərdə “Çelsi”nin heyətində 27 matçda iştirak edib, 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.

Seneqal millisinin üzvü ölkəsində “Kasa Sports”da oynadıqdan sonra “Vilyarreal”a keçib. “Çelsi”yə qədər isə hücumçu “Mirandes”də də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"