Baş məşqçi postundan istefa verdi - Premyer Liqa klubunda

20 Fevral 2024 00:00 İngiltərə 395
Baş məşqçi postundan istefa verdi - Premyer Liqa klubunda

Roy Hocson baş məşçisi olduğu “Kristal Pelas”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin yayımlanan açıqlamasında İngiltərə təmsilçisini tərk etdiyi vurğulanıb.

Hocson 2023-cü ildən “Kristal Pelas”ı çalışdırırdı. O, daha öncə 2017-2022-ci illər aralığında da bu komandaya rəhbərlik edib.

“Kristal Pelas” İngiltərə Premyer Liqasında 24 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!