“Mən mərcə girməyi tövsiyə etmirəm, onların titul qazanacağına şübhə bəsləməyə başlayıram”

5 Dekabr 2023 12:20 İngiltərə 780
“Mən mərcə girməyi tövsiyə etmirəm, onların titul qazanacağına şübhə bəsləməyə başlayıram”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Tottenhem”lə Premyer Liqanın 14-cü tur matçından (3:3) sonra “Mançester Siti”nin bu mövsüm çempion olmayacağını deyib.

Sportinfo.az xəbər verir ki, 52 yaşlı veteran futbolçu Mançester klubuna mərc oynamağı tövsiyə etmədiyini bildirib:

“Mən “Mançester Siti”yə mərc etməyi tövsiyə etmirəm. “Şəhərlilər”in titul qazanacağına şübhə etməyə başlayıram”.

“Mançester Siti” (30 xal) turun sonunda Premyer Liqada üçüncü pilləyə enib. “Tottenhem” (27 xal) turnir cədvəlində beşinci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM