
“Şeffild Yunayted”in baş məşqçisi Pol Hekinqbottom “Nyukasl”a biabırçı məğlubiyyətdən sonra postunda qalacaq.
Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi belə bir fiaskodan sonra da baş məşqçini işdən çıxarmamaq qərarına gəlib.
“Şeffild Yunayted” İngiltərə Premyer Liqasının 6-cı turunda doğma meydanda “Nyukasl”a 0:8 hesabı ilə uduzub.