Onu 90 milyon avrodan aşağı qiymətə satacaqlar?

24 Mart 2023 18:40 İngiltərə 449
Onu 90 milyon avrodan aşağı qiymətə satacaqlar?

PSJ “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı oyunçu da yeni macəra axtarışındadır. “Şəhərlilər” futbolçusunu 90 milyon avrodan aşağı qiymətə sata bilər.

Öncədən “Barselona”nın da futbolçu ilə maraqlandığı bildirilirdi.

“Real” da “Borussiya”nın (Dortmund) futbolçusu Çud Bellingemi transfer edə bilməsə, alternativ variant kimi Silvanın keçidini rəsmiləşdirmək üçün addım ata bilər.

Bernardo Silva cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!