"Hələ də bəzi axmaqlar var ki... Bu, biabırçılıqdır!" - Şikayət dolu bəyanat

19 Avqust 2022 01:30 İngiltərə 570
"Hələ də bəzi axmaqlar var ki... Bu, biabırçılıqdır!" - Şikayət dolu bəyanat

"Çelsi" öz azarkeşlərinin Premyer Liqanın 2-ci turunda "Tottenhem"lə matçda rəqibin futbolçusu Son Hın Minin ünvanına irqçi təhqirlər səsləndirilməsi ilə bağlı araşdırma aparır.

Sportinfo.az xəbər verir ki, bu barədə klub bəyanat yayıb. Bəyanatda bildirilib:

“Çelsi" Futbol Klubu hər hansı bir irqçi davranışı tamamilə iyrənc hesab edir. "Çelsi" ardıcıl olaraq bu məsələlərə qarşı öz mövqeyini ifadə edib.

Lakin hələ də bəzi axmaqlar var ki, bu kluba qondarma "azarkeşlər" kimi yapışırlar. Belə hallar da "Çelsi", məşqçilər, oyunçular, işçilər və komandamız üçün biabırçılıqdır.

Biz bu hadisəni araşdırırıq və günahkar müəyyən olunarsa, həmin şəxs klub tərəfindən ən sərt cəzalarla üzləşəcək”.

Hadisə futbolçunun "Çelsi" ilə görüşdə küncdən zərbə yerinə yetirdiyi an baş verib. "Çelsi"nin doğma meydanında - "Stemford Bridc"də keçirilən sözügedən matç 2:2 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu