“Mən bu klubda çox vaxt keçirə bilməzdim - Vəziyyəti dəyişməyə çalışdım, heç nə alınmadı”

11 Avqust 2022 22:00 İngiltərə 593
“Mən bu klubda çox vaxt keçirə bilməzdim - Vəziyyəti dəyişməyə çalışdım, heç nə alınmadı”

"Çelsi"nin yeni transferi Rahim Sterlinq "Mançester Siti"dən ayrılmasının əsas səbəbi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, ingilis hücumçu bu yay Mançester təmsilçini tərk edərək 55 milyon avroya London klubuna transfer olunub.

Sterlinq 2015-ci ildən "Mançester Siti"də oynayırdı. O, "Çelsi"də keçidi ilə bağlı mətbuat konfransında deyib:

“Mən hiss etdim ki, klubda oynadığım vaxt getdikcə qısalır.

Mən “Mançester Siti”də daha çox vaxt keçirə bilməzdim. Döyüşməyə və vəziyyəti dəyişməyə çalışdım, amma heç nə alınmadı. O

na görə də indi buradayam. Mənə sabitlik lazım idi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?