Ronaldo "Mançester Yunayted"də məşqə çıxmaqdan yenə niyə imtina etdi?

6 İyul 2022 21:40 İngiltərə 875
Ronaldo "Mançester Yunayted"də məşqə çıxmaqdan yenə niyə imtina etdi?

"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo ardıcıl 3-cü dəfə komandanın məşqini buraxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Goal News" məlumat yayıb.

Klub hələ də 37 yaşlı hücumçunun mövsümoncısi komanda ilə birlikdə Taylandakı toplanışa getmək istəyib-istəmədiyini bilmir. Qeyd olunur ki, Ronaldo öz formasını qorumaq üçün Portuqaliyadakı təlim-məşq bazasındadır.

Daha əvvəl Premyer Liqa təmsilçisi Ronaldonun məşqdən yayınmasını ailə vəziyyəti ilə əlaqələndirmişdi.

Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 38 oyunda 24 qol vurub və 3 qolun ötürməsini verib. Onun yaxında klubdan ayrılacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu