Premyer Liqada mövsümün rəmzi komandası – Ronaldo ŞOK OLDU!

24 May 01:30 İngiltərə 1 434
Premyer Liqada mövsümün rəmzi komandası – Ronaldo ŞOK OLDU!

"WhoScored" statistika saytı İngiltərə Premyer Liqasının 2021/22 mövsümünün rəmzi komandasını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "11-liy"ə düşməyib.

Siyahıda "Liverpul"dan 6, çempion "Mançester Siti"dən 3, "Tottenhem"dən isə 2 oyunçu yer alıb. Mövsümün futbolçusu adına isə "Mançester Siti"dən Kevin De Brüyne layiq görülüb.

Rəmzi komanda: Alisson Beker, Trent Aleksander-Arnold, Joel Matip, Vircil van Deyk, Məhəmməd Salah, Sadio Mane (hamısı "Liverpul"), Joau Kanselu, Kevin De Brüyne, Rodriqo Ernandes (hər üçü "Mançester Siti"), Son Hın Min, Harri Keyn (hər ikisi "Tottenhem").

Digər Xəbərlər
Xəbər Lenti