“Tottenhem” London derbisini darmadağınla qazandı - VİDEO

13 May 2022 12:00 İngiltərə 455
“Tottenhem” London derbisini darmadağınla qazandı - VİDEO

İngiltərə Premyer Liqasında öncəki turlardan təxirə salınmış daha bir görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, Londondakı “Tottenhem Hotspur Stadium”da yerli “Tottenhem”lə şəhərin digər təmsilçisi “Arsenal” qarşılaşıb.

22-ci tur çərçivəsində baş tutan matçda qonaqların futbolçusu Holdinq 8 dəqiqəyə iki sarı vərəqə alaraq oyunun 33-cü dəqiqəsində meydandan qovulub.

Görüşün böyük hissəsini azlıqda keçirən “topçular” ev sahibinə müqavimət göstərə bilməyiblər - 3:0.

Hazırda “Arsenal” 66 xalla turnir cədvəlində 4-cü, “Tottenhem”sə 65 xalla 5-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti