“Onun oyununa baxanda gözlərimdən yaş gəlirdi, amma indi...”

27 Sentyabr 2021 18:40 İngiltərə 449
“Onun oyununa baxanda gözlərimdən yaş gəlirdi, amma indi...”

Dortmund “Borussiya”sının direktorlar şurasının sədri Hans-Yoahim Vatske Ceydon Sanço barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Vatske Sançonun “Mançester Yunayted”dəki durumundan üzgün olduğunu deyib.

O, futbolçunun az oynamasının səbəbini də açıqlayıb:

“Ceydonu çox sevirəm. Onun oyununa baxanda gözlərimdən yaş gəlirdi. Amma indi onun “Mançester Yunayted”də az oynamağını görmək çox ağırdır.

Hesab edirəm ki, problem onun İngiltərə yığmasının əsas heyət oyunçusu olmamasındadır”.

Sanço “Uotford” və “Mançester Siti”nin yetirməsi sayılır. Amma peşəkar karyerasına 2017-ci ildə Dortmund “Borussiya”sında başlayıb.

Ötən mövsüm “Borussiya”nın heyətində 26 oyun keçirib, 8 qol vurub, 11 qol ötürməsi edib. MY-də 7 oyunda meydana çıxın futbolçu fərqlənə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti