"Azərbaycan ilə tarixi oyuna hazırıq" - Gürcü baş məşqçi

22 Yanvar 2022 00:40 Futzal 1 245
"Azərbaycan ilə tarixi oyuna hazırıq" - Gürcü baş məşqçi

"İlk gündə taktiki hazırlığa, xüsusən də standart vəziyyətlərə çox vaxt sərf etdik".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Gürcüstan millisinin baş məşqçisi Avtandil Asatiani Avropa çempionatının final mərhələsində Azərbaycana qarşı keçirəcəkləri D qrupunun ilk tur matçı barədə yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis ilk dəfə vəsiqə qazandıqları turnirdə tarixi oyuna hazır olduqlarını bildirib:

"Necə hazırlaşmışıqsa, elə də nəticə qazanacağıq. Uşaqlar bizi necə vacib görüşün gözlədiyini anlayırlar".

Asatianinin sözlərinə görə, ilk oyunlar hər zaman böyük əhəmiyyət kəsb edir:

"Bir daha belə oyunlar üçün nəzərdə tutduğumuz taktiki tapşırıqlar üzərində işləyəcəyik. Hesab edirəm ki, biz yanvarın 22-sini simvolik tarixə çevirməyə hazırıq".

Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə 17:30-da başlayacaq.

Xəbər Lenti