Azərbaycan klubunun baş məşqçisi əməliyyat olundu

2 Dekabr 2021 02:10 Futzal 489
Azərbaycan klubunun baş məşqçisi əməliyyat olundu

Futzal üzrə Yüksək Liqada 9-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, üzrlü səbəbdən “Xilə” – “Baku Fire” matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu üzdən tura “Neftçi” İK – “Araz” (Naxçıvan) dueli ilə start verilib. Qarşılaşmaya hər iki komanda tam heyətlə başlayıb.

Amma “Araz”ı oyuna köməkçi-məşqçi Ağakərim Həsənov çıxarıb. Buna Joze Alesio Da Silvanın cərrahiyyə əməliyyatı olunması səbəb olub.

Həkimlər onun bir müddət istirahət etməsinin vacib olduğunu bildiriblər. Braziliyalı mütəxəssisin yoxluğunda komandası bu görüşdən qalib ayrılıb.

Daha sonra “Record” “Alyans”la (Lənkəran) qarşılaşıb. Bu matçda qapılara ümumilikdə 27 qol vurulub ki, bu da cari mövsümün ən məhsuldar görüşüdür. Qarşılaşmanın sonunda qələbəni Lənkəran təmsilçisi bayram edib.

Günün son qarşılaşmasında U-19 təcrübəli EKOL-la üz-üzə gəlib. Təcrübəli Namiq Məmmədkərimovun het-trikə imza atdığı görüş EKOL-un qələbəsiylə başa çatıb.

Neftçi İK – Araz (Naxçıvan) 1:8
Qol:
Adil İsmayılov, 32:07 – Maneka, 11:19; 19:53, David Qustavo, 13:35. Murilo, 13:56. Xətai Bağırov, 15:09. İsa Atayev, 22:37. Felipinyo, 30:07. Elçin Zeynalov, 35:42-öz qapısına.
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hikmət Qafarlı.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 14:15.

Record – Alyans (Lənkəran) 12:15
Qol
: Natiq Kərimov, 16:56; 23:15; 24:13; 29:26; 38:43. Hasan Ali Jafari, 21:52; 26:22; 39:09. Azər Nəsirov, 27:05; 30:06. Matin Qahremani, 39:29. Kənan Qasımzadə, 39:57-öz qapısına – Anar İsayev, 0:53; 1:17; 18:51. Oktay Rüstəmli, 2:13; 10:30; 14:36; 17:32; 26:02. Nurlan Fərəcli, 4:00; 6:40. Seyedhossein Hosseini, 8:12; 12:55. İlham Allahverdiyev, 33:13; 35:37; 36:12.
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 16:15.

U-19 – EKOL 0:4
Qol
: Namiq Məmmədkərimov, 13:04; 16:02; 21:32. Faiq Əliyev, 39:56.
Bakı İdman Sarayı. Saat 18:15.
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, Etibar Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.

Xal durumu: Araz – 27, EKOL – 21, Baku Fire – 15, Neftçi – 13, Record – 9, U-19 – 7, Xilə – 6, Alyans – 6.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı