Yevgeni Kukseviçə futzal üzrə Azərbaycan millisi və "Araz-Naxçıvan"la müqavilə müddətinin uzadılmayacağı barədə avqustun əvvəlində məlumat verilib.
Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis bunu "report"a açıqlamasında deyib.
"Avqustun əvvəlində mənə bu barədə məlumat verdilər. Lakin səbəblərini izah etmədilər", - o söyləyib.
Y.Kukseviç 2025-ci ilin yanvarında "Araz-Naxçıvan"ın, iyununda isə milli komandanın baş məşqçisi təyin olunmuşdu. O, hər iki vəzifəni paralel olaraq icra edirdi.
