İş adamı federasiyanın prezidenti vəzifəsindən gedir - Yerinə “məsləhətli adam” axtarır

14:40 Futzal 249
İş adamı federasiyanın prezidenti vəzifəsindən gedir - Yerinə “məsləhətli adam” axtarır

Zaur Axundov Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti vəzifəsindən getməyə hazırdır.

Bu barədə iş adamına yaxın çevrədən redaksiyamıza məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, aylar öncə biznesm çökməyə başlayan Axundov AFF ilə vidalaşmaq istədiyini bildirib.

O, 2008-ci ildən rəhbərlik etdiyi federasiyaya daha maliyyə ayırmağa gücünün çatmadığını deyib. Belə ki, sözügedən qurumun saxlanılması artıq üçün böyük «yük»dür.

18 il ərzində bu sahəyə kifayət qədər vəsait yatırdığını söyləyən Zaur Axundov dostlarına təklif edib ki, onun yerinə aoternativ şəxs tapsınlar.

Öz təbirincə desək, biznesmen federasiyanı «məsləhətli adam»a ötürmək niyyətindədir. Həmin «məsləhətli adam» isə hələlik tapılmayıb.

Zaur Axundovun qardaşı Ramin Axundov 1 ilə yaxındır ki, axtarışdadır. Onun ötən ilin payızında ölkəni tərk etdiyi söylənilir.

Böyük biznes sferasına sahib AFF prezidentinin çətin günləri o dönəmdən başlayıb. axundov bir neçə ay öncə mediaya verdiyi açıqlamada meydanda tək qaldığını etiraf edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti