Azərbaycan millisinin və bu klubun sükanı arxasını tərk etdi

31 Avqust 14:00 Futzal 1 629
Azərbaycan millisinin və bu klubun sükanı arxasını tərk etdi

Yevgeni Kukseviç futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın baş məşqçi vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Müqaviləsi iyulun 31-də başa çatan rusiyalı mütəxəssislə yeni sözləşmə imzalanmayıb.

Yevgeni Kukseviç 2025-ci ilin yanvarında "Araz-Naxçıvan"ın, iyununda isə milli komandanın baş məşqçisi təyin olunmuşdu.

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı

Digər Xəbərlər
Xəbər Lenti