Azərbaycanın ən güclü klubu əsas mərhələyə buraxıldı - Çempionlar Liqasında

13:40 Futzal 187
Azərbaycanın ən güclü klubu əsas mərhələyə buraxıldı - Çempionlar Liqasında

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən başlayacaq.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 klub qalib adı uğrunda yarışacaq.

Son qalib "Sportinq" (Portuqaliya) daxil olmaqla 24 iştirakçı əsas mərhələdən Çempionlar Liqasına start verəcək.

Reytinq cədvəlinin 21-ci pilləsində yer alan "Araz-Naxçıvan" B yolunda yarışacaq.

Reqlamentə görə, reytin cədvəlinin 12-15 və 20-23-cü pillələrində 8 komandaya ilkin mərhələdə qrup qalibi olacaq 8 klub da qoşulacaq. Buradan yalnız bir komanda – qrup qalibi 1/8 finala vəsiqə qazanacaq.

"Araz-Naxçıvan" 2-ci səbətdə yer alıb. Bu isə o deməkdir ki, təmsilçimiz "L84 Torino", "Differdanje 03" və "Atletik" (Ukrayna) ilə rəqib ola bilməyəcək.

"Araz-Naxçıvan"ın yer aldığı qrupun oyunları Polşa və ya Serbiyada təşkil olunacaq. Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək.

B yolu

6-cı səbət, ev sahibi komandalar

"Pyast" (qrupunun birincisi)

"Lozniça-Qrad 2018" (qrupunun birincisi)

"L84 Torino" (qrupunun ikincisi)

"Differdange 03" (qrupunun ikincisi)

7-ci səbət, qrupunun birinciləri

"Kaunas Jalqiris" (Litva)

"Luxol St. Andreus" (Malta)

8-ci səbət, qrupunun ikinciləri

"Araz-Naxçıvan" (Azərbaycan)

"Atletik" (Ukrayna)

9-cü səbət qruplarının üçüncü və dördüncüləri

İlkin mərhələ, A qrupunun qalibi

İlkin mərhələ, B qrupunun qalibi

İlkin mərhələ, C qrupunun qalibi

İlkin mərhələ, D qrupunun qalibi

İlkin mərhələ, E qrupunun qalibi

İlkin mərhələ, F qrupunun qalibi

İlkin mərhələ, G qrupunun qalibi

İlkin mərhələ, H qrupunun qalibi

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Ermənistan – Azərbaycan, Kosovo – Bosniya və Herseqovina, Kosovo – Serbiya, Ukrayna – Belarus təmsilçiləri bir-biri ilə qarşılaşa bilməz.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti