Püşk atıldı, Azərbaycan klubunun Çempionlar Liqasında rəqibləri bilindi

01:10 Futzal 1 175
Püşk atıldı, Azərbaycan klubunun Çempionlar Liqasında rəqibləri bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasında 2026-2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, ilkin və əsas mərhələdə iştirak edəcək komandaların rəqibləri müəyyənləşib.

Təmsilçimiz “Araz-Naxçıvan” əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq. Komandamızın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.

“Qırmızı-ağlar” “Piast”, eləcə də ilkin mərhələnin C (“Buba Mara” Bosniya və Herseqovina, “GİU” (Gürcüstan), “Utleyra İdrettslag” (Norveç), LYNX (Cəbəllütarıq) və E (“Veilimdorf”, Almaniya, “Tallinin” (Estoniya), “Unisport” Ermənistan, “Reykyavik” (İslandiya) qruplarının qalibləri ilə üz-üzə gələcək.

Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi olan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.

Məlumat üçün qeyd edək ki, ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 komanda yarışda iştirak edəcək.

Onlardan 32-si ilkin mərhələdə mübarisə aparacaq və 8 komanda əsas mərhələyə vəsiqə əldə edəcək. Digər 24 klub isə əsas mərhələdən mövsümə start verəcək.

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də “Unisport” E qrupunun qalibi olarsa, 5-ci qrupa F qrupunun qalibi yüksələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer