Azərbaycanı Çempionlar Liqasının 2026/2027 mövsümündə 3 komanda təmsil edəcək?

3 Avqust 01:00 Futzal 2 278
Azərbaycanı Çempionlar Liqasının 2026/2027 mövsümündə 3 komanda təmsil edəcək?

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasından bildirilib.

"Zirə" və "Birbaşa Bakı" klublarının Çempionlar Liqasında oynayacağı dəqiqdir. "Aznur"un da sözügedən turnirə qatılmaq ehtimalı var.

Bu məsələ Avropa Minifutbol Federasiyasının reytinqlə bağlı qərarından sonra dəqiqləşəcək. Komandaların sıralamadakı yeri açıqlandıqdan sonra "Aznur"un Çempionlar Liqasında, yoxsa Avropa Kubokunda çıxış edəcəyi bəlli olacaq.

Federasiyadan minifutbol üzrə Azərbaycan çempionatının oktyabrın ilk həftəsində başlanılmasının planlaşdırılıdığı da bildirilib.

Ötən il Azərbaycan çempionatının qalibi "Zirə" olub. "Birbaşa Bakı" ikinci, "Aznur" isə üçüncü pilləni tutub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda