ŞOK! Azərbaycan komandası Çempionlar Liqasında iştirakdan imtina edir? - SON DƏQİQƏ

20:00 Futzal 681
ŞOK! Azərbaycan komandası Çempionlar Liqasında iştirakdan imtina edir? - SON DƏQİQƏ

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etməli olan “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupdakı komandaların hamısı müəyyənləşib.

İlkin mərhələ oyunlarından sonra C qrupunun qalibi “Buba Mara” və D qrupunun lideri “Uypest” “qırmızı-ağlar”ın rəqibi olub.

Əslində, iyulun 8-də keçirilən püşk 5-ci qrupa E qrupunun qalibinə vəsiqə vermişdi. Ancaq həmin qrupda Ermənistan çempionu “Unisport” birinci olub.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də E yox, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.

Bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək.

5-ci qrupda “Piast” (Polşa), “Araz-Naxçıvan” (Azərbaycan), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypest” (Macarıstan) komandaları güclərini sınayacaqlar.

“Araz-Naxçıvan” bu turnirdə sayca 21-ci dəfə iştirak etməlidir. Təmsilçimiz bu göstəricidə yalnız “Kayrat”dan (Qazaxıstan) geri qalır.

Amma ola bilər ki, «Araz» heç bu yarışa qatılmasın.

Saytımız belə bir məlumat əldə edib. Aldığımız xəbərə görə, Naxçıvan təmsilçisinin rəhbərliyi ÇL-də iştirakdan imtina etməyə hazırlaşır.

Bu, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundovun maliyyə dayaqlarının zəifləməsiylə əlaqədardır. Belə ki, son 1 ildə biznes sferasında ciddi problemlər yaşayan iş adamı daha hər sahəyə pul ayıra bilmir.

O, bütün gücünü Premyer Liqada mübarizə aparan «Araz-Naxçıvan» Futbol Klubuna verib, futzala vəsait sərf etməyə isə gücü çatmır.

Yevgeni Kukseviçin həm miillidən, həm də futzal klubunun baş məşqçi postundan getməsi AFF prezidentinin ümumi durumundan irəli gəlir. İşini itirən yalnız rusiyalı mütəxəssis deyil, eyni zamanda, oyunçuların bir çoxuna «özünüzə başqa yer tapın» mesajı verilib.

Bildirilib ki, onlara yeni müqavilə təklif olunmayacaq, Çempionlar Liqasında iştirak isə böyük sual altındadır.

Legionerlər də bir yandan. Əcnəbi futzalçıların kontraktı bitib: heç biri əvvəlki şərtlərlə Azərbaycanda qalmaq istəmir.

SPORTİNFO.AZ

"Araz-Naxçıvan"ın bütün rəqibləri bilindi

Digər Xəbərlər
Xəbər Lenti