"Mən də öz uğurumu yazmaq, qazanmaq istərdim"

27 May 2020 17:38 Fransa 496
"Mən də öz uğurumu yazmaq, qazanmaq istərdim"

PSJ-nin forvardı Kilian Mbappe özünə nümunə götürdüyü iki nəfərin adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, gənc hücumçu “Real”ın baş məşqçisi Zinəddin Zidanla Kristiano Ronaldonu örnək aldığını bildirib:

"Zidanın qazandığı titullar mənim üçün nümunə idi. Sonra Ronaldo meydana çıxdı. O, bir çox kuboklar qazanıb və yenə də qalib olmağa davam edir. Hər ikisi futbol tarixində öz izlərini buraxıblar.

Mən də öz uğurumu yazmaq istəyirəm. Təbii ki, “qızıl top”u qazanmaq istərdim. Amma hər gecə bunu düşünmürəm. Mütləq gələn mövsüm və ya növbəti İL qazanmalıyam deyə bir şey yoxdur. PSJ və Fransa millisinin hədəflərini həmişə özümdən üstün tuturam”.

2019/20 mövsümündə Mbappe PSJ-də 33 oyun keçirib və 30 qol vurub. 21 yaşlı hücumçunun parislilərlə müqaviləsi 2022-ci ilin yayına qədərdir. “Real”a keçəcəyi iddia edilsə də, onun bu il PSJ-dən ayrılmayacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı